- Baxış sayı: 45
- 04 Aprel 2025 23:47
- Baxış sayı: 43
- Aprel 04, 2025
- 0
AFFA-nın təşkil etdiyi U-15 və U-16 liqalarının qalibləri mükafatlandırılıb. Allsport.az saytı xəbər verir ki, tətifetmədə məşqçilər komitəsinin üzvlər Ağasəlim Mircavadov, Şakir Qəribov və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak ediblər.
FFA-nın inzibati binasında təşkil edilən mükafatlandırma mərasiminda əvvəlcə U-15 liqasının qalibi “Sabah” komandasına kubok, medallar və diplomlar təqdim edilib. Mövsümü 2-ci pillədə başa vuran “Sumqayıt” komandasının üzvlərinə diplom və medallar verilib. U-15 liqasının bürünc mükafatçısı “Qəbələ” komandasına isə mükafatlar bu gün Qəbələ şəhər stadionunda təqdim ediləcək.
U-15 liqasının 2021/2022-cü illər mövsümünün ən məhsuldar oyunçusu 24 qolla “Qəbələ” komandasının üzvü Ömər Kərimov, ən yaxşı oyunçusu isə “Sabah” komandasının futbolçusu Babamirzə Mehdiyev olub.
Sonra U-16 liqasını ilk üç pillədə başa vuran komandalara mükafatlar təqdim edilib. “Qarabağ” 3-cü, “Neftçi” 2-ci, U-16 liqasının qalibi “Sabah” çempion komanda kimi diplom və medallarala qalib komanda isə kubokla mükafatlandırılıb.
Həmçinin 40 qolla “Neftçi” İK İB komandasının üzvü Fərid Şahhüseynli ən məhsuldar oyunçu, ROFM-in üzvü Əşrəf Ələkbərli AFFA U-16 liqasının ən yaxşı oyunçusu adına layiq görülüb və xüsusi mükafatlar verilib.