“Liverpul” qərarını dəyişdi

“Liverpul” rəhbərliyi müdafiəçi Endrü Robertsonun “Tottenhem”ə transferini son anda bloklayıb.

Allsport.az xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar aparılsa və 31 yaşlı şotlandiyalı müdafiəçi London klubuna keçməyə razılıq versə də, mersisaydlılar bütün danışıqları dayandırıb.

“Liverpul” müdafiə xəttindəki zədə problemləri və Robertsonun yerinə uyğun əvəzləyici tapa bilmədiyi üçün bu qış onun gedişinə icazə verməmək qərarına gəlib.

Xüsusilə komandanın kapitanı Virgil van Diykin müraciəti və baş məşqçi Arne Slotun heyəti qorumaq istəyi bu transferin qarşısını alıb.

Robertsonun klubla yaya qədərdir.

Həmin kateqoriyadan