“Liverpul” – “Qarabağ” matçının hakimləri

“Qarabağ”ın çempionlar liqasının əsas mərhələsinin sonuncu – VIII turunda “Liverpul”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Allsport.az xəbər verir ki, yanvarın 28-də Liverpuldakı “Enfild Roud” stadionunda baş tutacaq görüşə Slovakiyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
 
Qarşılaşmanı İvan Krujlyak idarə edəcək. Branislav Hançko və Yan Pozor oyunun baş hakiminin köməkçiləri olacaqlar. Peter Kraloviç dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri niderlandlı Pol van Boekel və belçikalı Yan Boterberq olacaqlar.

Çempionlar liqası
Əsas mərhələ, VIII tur
28 yanvar

 
00:00. “Liverpul” – “Qarabağ”
Baş hakim:
 İvan Krujlyak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
(Hamısı Slovakiya)
VAR: Pol van Boekel (Niderland)
AVAR: Yan Boterberq (Belçika)
Liverpul. “Enfild Roud” stadionu

Həmin kateqoriyadan