“Liverpul”dan antirekord

İngiltərə premyer liqasının 29-cu turunda “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olan “Liverpul” turnir tarixində antirekorda imza atıb.

Allsport.az xəbər verir ki, mersisaydlılar bu qarşılaşmada qələbə qolunu oyunun 90+4-cü dəqiqəsində Andre Trindadenin ifasında buraxıblar.

Bu, “Liverpul”un cari mövsümdə oyunun son saniyələrində (90-cı dəqiqədən sonra) buraxılan qol səbəbindən aldığı 5-ci məğlubiyyətdir. Premyer liqa tarixində indiyədək heç bir komanda bir mövsüm ərzində bu qədər çox son dəqiqə məğlubiyyəti ilə üzləşməyib.

Bundan əvvəl “Liverpul” analoji şəkildə “Mançester Siti” (1:2), “Bornmut” (2:3), “Çelsi” (1:2) və “Kristal Pəlas” (1:2) ilə matçlarda da xalsız qalıb.

Həmin kateqoriyadan