Şotlandiyalı müdafiəçi “Liverpul”dan ayrılır

“Liverpul” cari mövsümün sonunda müdafiəçi Endrü Robertsonun komandadan ayrılacağını açıqlaıb. Allsport.az saytı xəbər verir ki, Şotlandiya millisinin 32 yaşlı üzvü müqaviləsinin müddəti bitdiyi üçün İngiltərə klubundan ayrılacaq.

Robertson 2017-ci ildən “Liverpul”da oynayır və “mersisaydlılar”la 9 kubok qazanıb. Bu mövsüm Endrü “qırmızılar”ın heyətində bütün yarışlarda 31 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan