- Baxış sayı: 29
- 13 Mart 2026 23:43
- Baxış sayı: 128
- Mart 13, 2026
- 0

“Yuventus”, “Arsenal” və İsveçrə millisinin sabiq müdafiəçisi Ştefan Lixtştayner “Bazel”in sükanı arxasına keçib.
Allsport.az xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
42 yaşlı mütəxəssis 2022-2024-cü illərdə “Bazel”in gənclər komandalarında çalışıb, daha sonra isə “Vettsvil-Bonştetten” klubunda baş məşqçi təcrübəsi toplayıb.
Hazırda İsveçrə superliqasında 21 turdan sonra “Bazel” 4-cü pillədə qərarlaşıb. Komanda lider “Tun”dan 10 xal geri qalır.