Luçesku vəzifəsini tərk etdi

Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçeskunun müqavilə müddəti başa çatıb.

Allsport.az xəbər verir ki, 80 yaşlı mütəxəssis Türkiyəyə qarşı keçirilən uğursuz pley-off matçından və səhhətində yaranan problemlərdən sonra postundan ayrılmalı olub.

Federasiya rəhbərliyi Luçeskuya təşkilat daxilində məsləhətçi və ya inzibatçı vəzifəsi təklif etməyi planlaşdırır. Bununla da Rumıniya futbolunda Luçesku erası baş məşqçi kimi sona çatıb.

Həmin kateqoriyadan