- Baxış sayı: 9
- 04 Mart 2026 13:20
- Baxış sayı: 64
- Mart 02, 2026
- 0

Azərbaycan kubokunun 1/8 final mərhələsində cəmi 19 qol vurulub.
Allsport.az xəbər verir ki, səkkiz oyunun baş tutduğu mərhələdə orta məhsuldarlıq 2,375-ə bərabər olub.
Bu, son 14 mövsümün ən aşağı göstəricisidir. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/12 mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2,00-a bərabər olub.
Ötən mövsümün 1/8 finalında 27 qol qeydə alınmışdı.