“Məşqçilər və güləşçilərin qarşılıqlı anlayışı sayəsində yaxşı nəticələr göstəririk”

Rumıniyanın paytaxtı Buxarestdə qitə çempionatında yunan-Roma güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanaraq, tarixində ən yüksək nəticəyə nail olub. Allsport.az saytı xəbər verir ki, dünən millimiz vətənə dönüb. Heydər Əliyev adına hava limanında tağım hərarətlə qarşılandı. Baş məşqçi Aleksandr Tarakanov bunu dedi:

“Yaxşı nəticə göstərdik. Bizə nə şərait yaradılırsa, uşaqlar onun müqabilində üzərlərinə düşəni edirlər. Bu dəfə qitə çempionatında 3 qızıl medal qazandır. Bu, tarixdir. Bəzi güləşçilərin zədəli olmasına baxmayaraq, yüksək nailiyyətə çatdıq. Uşaqlar hazırda növbəti məsul yarışlara kökləniblər.

Qarşıda olimpiya təsnifat turnirləri var. Hələlik 2 vəsiqəmiz var. Amma bunun sayının artmasına çalışacağıq. Hədəfimiz Paris olimpiadasına bacardıqca geniş heyətlə yollanmaq, orada yüksək nəticə qazanmaqdır. Komandamız var qüvvəsi ilə hazırlaşır. Məşqçilər və güləşçilərin qarşılıqlı anlayışı sayəsində yaxşı nəticələr göstəririk. Allah qoysa, bayrağımızı və himnimizi daim ucada tutmalıyıq”.

Həmin kateqoriyadan