- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Yunanıstanın Saloniki şəhərində yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün daha bir idmançımız mübarizəyə qoşulub.
15 yaşlılarda 96 kq-da çıxış edən Məhəmmədəli Məmmədzadə birdən qaldırmada 120 kq-ı ram edib və bu hərəkətdə kiçik bürünc medala yiyələnib.
“Göyəzən” ağırlıqqaldırma klubunun təmsilçisi təkanla qaldırmada 146 kq-ı başı üzərinə qaldıraraq, gümüş medala sahib çıxıb.
Toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.