- Baxış sayı: 21
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Azərbaycan premyer liqasının II turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (0:1) sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis qarşılaşma barədə bunu deyib :
“Rəqibi təbrik edirəm. İki oyuna altı xal çox yaxşı başlanğıcdır. Futbolçularımı bir az başa düşürəm, anlayıram. Oyundan da hiss olunur ki, yorğunçuluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı bu məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da sıx qrafik gözləyəcək. Futbolçular da bunu anlayacaqlar. Bəzən yaxşı uğurlardan sonra belə oyunlar faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insan, komanda bir az burun yuxarı qalxır. Bu gün üç xal “Sumqayıt”ın haqqı idi. Qol gözlənilmirdi, heç nədən qapımızda top gördük. Bir neçə yaxşı imkanımız oldu, top qapıdan keçmədi. Həm bizim məşqçilər, həm də futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu”.
Baş məşqçi çempionlar liqasının “Ferensvaroş”la cavab oyunu barədə də danışıb: “Biz bütün oyunlara ciddi, təmkinlə və səbirlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, işimizi qursaq, çox gedə bilmərik, yarı yolda qalarıq. Həqiqətən də vacib oyundur. Məndən başqa hamı sanki bu mərhələni keçmiş kimi görür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Digər tərəfdən bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq…. Qarşımızdakı “Ferensvaroş” var. Heç nədən qol vurmağı bacaran kollektivdir. Oyun sistemləri də elədir. Futbolda 1-2 qol ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq”.