- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin cavab görüşündə İsveçrədə “Sürix” klubu ilə 2:2 edərək (ilk oyun – 3:2), növbəti mərhələyə adlayıb. Allsport.az saytı xəbər verir ki, komandamızın qaradağlı futbolçusu Marko Veşoviç nəfəs kəsən oyun barədə bunu deyib:
“Möhtəşəm hisslər keçirdik. Mərhələ adlamaq üçün meydanda ölməyə hazır idik. Əsl kişi xarakteri göstərərək sonda istəyimizə çatdıq. Lakin bu, hələ son deyil.
Maksimum hədəfə çatmaq üçün sona qədər döyüşəcəyik. İndi qarşımızda “Ferentsvaroş” kimi güclü rəqib var. Layiqli futbolla istədiyimiz nəticəni qazanmağa çalışacağıq”.