- Baxış sayı: 22
- 06 Fevral 2026 20:25
- Baxış sayı: 223
- Fevral 04, 2026
- 0

37 yaşlı ingilis yarımmüdafiəçi Adam Lallana peşəkar futboldan getdiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, Lallana 2000-ci ildə sisteminə qoşulduğu “Sauthempton”un yetirməsidir. O, 2006-cı ildə əsas komandada debüt edib.
2014-cü ildə Lallana “Liverpul”a keçdi. “Qırmızılar”la İngiltərə çempionu olmaqla yanaşı, həm də çempionlar liqası, UEFA superkuboku və klublararası dünya kubokunun qalibi olub.
2020-ci ildə Lallana keçən ilin iyun ayına qədər oynadığı “Brayton”a qoşuldu, sonra isə doğma “Sauthempton”a qayıtdı.
Lallana İngiltərə millisinin heyətində 34 oyun keçirib və 3 qol vurub.