Məşhur futbolçuya həbs qərarı

Yunanıstan məhkəməsi “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr barəsində 2020-ci ilin avqustunda Mikonos adasında baş vermiş insidentlə bağlı yekun qərarını açıqlayıb.

Allsport.az xəbər verir ki, ingiltərəli futbolçu 15 aylıq şərti həbs cəzasına məhkum edilib.

Məhkəmə Maquayrı xəsarət yetirmə, həbs zamanı polisə müqavimət göstərmə və rüşvət verməyə cəhd maddələri üzrə təqsirli bilib.

Hadisə dörd il əvvəl futbolçunun tətildə olduğu zaman baş vermişdi. İlkin instansiya məhkəməsi onu 21 aylıq şərti həbsə məhkum etsə də, apellyasiya şikayətindən sonra iş yenidən araşdırılmağa göndərilmişdi. Dinləmələrin dəfələrlə təxirə salınması səbəbindən işə yalnız bu gün nöqtə qoyulub. “Qırmızı şeytanlar”ın müdafiəçisinin bu qərardan da apellyasiya şikayəti verəcəyi gözlənilir.

Həmin kateqoriyadan