Məşhur klublar üz-üzə gələcək

“Mançester Yunayted” gələn ilin fevralında Səudiyyə Ərəbistanında yoldaşlıq görüşü keçirə bilər.

Allsport.az xəbər verir ki, İngiltərə klubunun təqvimidə yaranan boşluqdan istifadə edərək əsas heyətlə yaxın şərqə kommersiya səfəri planlaşdırılır.

Fevralın ortalarına təyin olunması nəzərdə tutulan matç üçün artıq Səudiyyə tərəfi ilə ilkin danışıqlar aparılıb. Rəqib qismində İtaliyanın “Milan” klubu nəzərdən keçirilir ki, bu da qarşılaşmaya olan marağı daha da artırır. Bu görüş hər iki klubun Avropadan kənarda qlobal brendini gücləndirmək strategiyasının tərkib hissəsidir.

Həmin kateqoriyadan