- Baxış sayı: 37
- 09 Yanvar 2026 20:43
- Baxış sayı: 169
- Yanvar 09, 2026
- 0

Bolqarıstan millisinin sabiq baş məşqçisi Dimitar Penev 81 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, yanvarın 3-də dünyasını dəyişən mütəxəssis ölkə futbolunun tarixinə ən uğurlu məşqçi kimi düşüb. Onun rəhbərliyi altında Bolqarıstan yığması DÇ-1994-də 4-cü yeri tutaraq öz tarixinin ən yüksək nəticəsinə imza atıb. XX əsrin ən yaxşı bolqar məşqçisi seçilən Penev, həmçinin Sofiya MOİK-ini üç dəfə ölkə çempionu edib və 1989-cu ildə komandanı kuboklar kubokunun yarımfinalına qədər yüksəldib.
Futbolçu karyerası da uğurlarla zəngin olan Penev, MOİK-in heyətində 7, “Lokomotiv” (Sofiya) ilə isə 1 dəfə Bolqarıstan çempionluğunu qazanıb.