Məşqçilər üçün “Üzməyi öyrənək” layihəsi sona yetib

Mingəçevirdə keçirilmiş məşğələdə millinin isveçrəli yeni baş məşqçisi Luka Qabrilonun apardığı 3 günlük təlim proqramını uğurla keçib. Allsport.az saytı xəbər verir ki, ölkənin müxtəlif bölgələrindən olan 58 məşqçi “Üzməyi öyrənək”də eyni üsul əsasında uşaqlara üzgüçülük dərsləri keçəcək. Bu cür seminarların təşkili ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.

Gənclər və idman nazirliyi (GİN) ilə Azərbaycan üzgüçülük federasiyasının (ASF) birgə təşkil etdiyi bu layihəsi məktəblilərdə suya uyğunlaşmanı, habelə ilkin təhlükəsizlik vərdişlərinin, əsas üzmə bacarıqlarının və özünəinamın formalaşdırılmasını hədəfləyir. Digər məqsəd üzgüçülüyü həyati əhəmiyyətli bacarıq və suda təhlükəsizliyin əsas elementi kimi təşviq etməkdir. Eyni zamanda, perspektivli idmançıların kəşf edilməsi də layihənin prioritetlərindəndir. 

Həmin kateqoriyadan