- Baxış sayı: 13
- 27 Noyabr 2024 19:47
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
3-6 apreldə İsveçrənin Nyon şəhərində məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçiriləcək. Allsport.az saytı xəbər verir ki, qurumun mənzil-qərargahında təşkil olunacaq toplantıda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edəcək.
AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan adları aşağıda göstərilmiş məşqçilərdən ibarət olacaq:
Mick Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov, Samir Abbasov və Rəşad Sadıqov.