- Baxış sayı: 31
- 09 Aprel 2026 13:13
- Baxış sayı: 43
- Aprel 09, 2026
- 0

“Real”, bu yay sərfəli təklif gələcəyi halda, Eduardo Kamavinqanı satmağı düşünür. Allsport.az saytı xəbər verir ki, Madrid klubu 23 yaşlı yarımmüdafiəçinin potensialını tam şəkildə reallaşdıra bilməməsindən məyusdur.
Fransalı artıq komanda tərəfindən toxunulmaz hesab edilmir və hazırda karyerasını “qalaktikos”da davam etdirməkdənsə, ayrılmağa daha yaxındır. Onun gələcək karyerası üçün ən çox ehtimal olunan variant İngiltərə premyer liqasıdır.