Mahaçqalada Əziz Əliyevin xatirəsinə şahmat turnirinə start verilib

Bu gün Dağıstan respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirəsinə uşaqlar arasında şahmat turnirinə start verilib.

Allsport.az saytı xəbər verir ki, açılışda iştirak etmək üçün AŞF-in prezidenti Mahir Məmmədov, FİDE-nin sabiq rəhbəri Kirsan İlümjinov və digər rəsmi şəxslər bu məkana səfər edibl\r.

Yarışdan öncə qonaqlar və təşkilatçılar Mahaçqalada yerləşən Əziz Əliyevin abidəsini ziyarət edərək görkəmli dövlət xadiminin xatirəsini yad ediblər.

Sonra yarışın açılış mərasimi keçirilib. Çıxış edən rəsmilər görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin həyat yolundan və tarixi xidmətlərindən danışıb.

Şahmat turnirində ölkəmizi Azərbaycan çempionu, yeniyetmələrin olimpiadasında öz lövhəsində qızıl medala layiq görülən Nərmin Abdinova, 12 yaşlılar arasında Avropa çempionatının gümüş medalçısı Xaqan Əhməd, Azərbaycan çempionu Şəmsi Qaraxanov və Atilla Orman təmsil edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish