- Baxış sayı: 52
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 123
- Dekabr 19, 2025
- 0

Polşa “Legiya”sının qış hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Əmrəlinin də çıxış etdiyi klub təlim-məşq toplanışını Birləşmiş Ərəb Əmirliklərində keçirəcək.
Yanvarın 6-dan 22-dək davam edəcək hazırlıqda 3 yoxlama matçı nəzərdə tutulub.
“Legiya” Polşa ekstraklasasında 16 turdan sonra 12 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış 2 oyunu da var.