- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Mahir Əmrəli mövsümün ikinci dövrəsindən etibarən “Dinamo”nun əsas heyət oyunçusuna çevriləcək. Allsport.az xəbər verir ki, Zaqreb klubunun baş məşqçisi Ante Çaçiç 26 yaşlı hücumçu ilə bununla bağlı söhbət edib.
O, Mislav Orşiçin İngiltərənin “Sauthempton” klubuna transferindən sonra həmin mövqedə Mahirə şans vermək qərarına gəlib. Bu üzdən də Türkiyə klublarından təklif alan azərbaycanlı futbolçu baş məşqçi ilə söhbətdən sonra qalmağa üstünlük verib.
Mahir 2022-ci ilin əvvəlindən forma geyindiyi “Dinamo”da 20 oyuna çıxıb və 5 qol vurub.