- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Zaqreb “Dinamo”su doğma meydanda “İstra 1961” klubunu 4:1 üstələyib.
Mahir Əmrəli görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan millinin hücumçusu, 81-ci dəqiqədə meydana buraxılıb və 7 dəqiqədən sonra fərqlənib. Bu, futbolçunun yeni mövsümdə ilk qolu olub.
“Ağ-göylər” 9 xalla ilk pillədədir.