Mahirin son durumu açıqlandı

“Dinamo”nun zədəli futbolçusu Mahir Əmrəlinin son durumu məlum olub. Allsport.az xəbər verir ki, bir neçə gün əvvəl belində ağrılar olan və məşqə qatılmayan azərbaycanlı hücumçu sağalıb.

Bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç yerli mətbuata açıqlamasında bildirib. Mahir fürsət veriləcəyi halda, Xorvatiya çempionatının XIX turunun “Lokomotiv”lə matçında meydana çıxa biləcək.

“Dinamo” – “Lokomotiva” görüşü yanvarın 28-də keçiriləcək.

Həmin kateqoriyadan