- Baxış sayı: 59
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 140
- Dekabr 19, 2025
- 0


“Legiya”da Mahir Əmrəli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış Lukinyas da Polşa klubundan ayrılıb. Allsport.az saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ABŞ-ın “Nyu-York Red Bulls” klubuna keçib. 26 yaşlı futbolçu ilə 3-illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən ilin dekabrında Polşa eksraklassasının 28-ci turunda Plotsk “Visla”sına məğlubiyyətlə barışmayan azarkeşlər, komandanın avtobusuna soxularaq Mahir Əmrəli və Lukinyası döyüblər.
Bundan sonra millimizin hücumçusu “hərbçilər”dən ayrılıb və özünə yeklub axtarmağa başlayıb. O, 2 həftə öncə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə müqabilə bağlayıb.