Mahmud Qurbanov “Neftçi”nin yeni baş məşqçisi olub

“Neftçi”nin əvəzedici komandasına baş məşqçi təyinatı olub. Allsport.az saytı xəbər verir ki, bu vəzifəni Mahmud Qurbanov yerinə yetirəcək.

1996-1997, 2004-2005-ci illərdə “Neftçi”də çıxış edən Qurbanov “Kəpəz”, “Şəmkir”, “Fulad” (İran), “Tavriya” (Ukrayna), “Xəzər Lənkəran”, “İnter” və “Bakı” klublarında da oynayıb. “Professor” 11 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Millidə 76 oyunda meydana çıxıb, 1 qol vurub.

Mahmud Qurbanov futbolçu karyerasını başa vurandan sonra “Kəpəz”in baş məşqçisi, Azərbaycan yığmasında Robert Prosineçkinin köməkçilərindən olub. O, UEFA-nın “A” dərəcəli çalışdırıcısıdır.

 

Həmin kateqoriyadan