- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

“Qarabağ”da yeni təyinat gerçəkləşib.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin sabiq futbolçusu Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.
Rəhbərlik Maksim Medvedevin uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, onu əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.
Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandanın məşqçisi kimi keçirib.
“Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.