- Baxış sayı: 93
- 17 Dekabr 2024 22:11
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Bu gün Azərbaycan güləş federasiyasında iclas keçirilib. AGF-in yaydığı məlumata görə, Namiq Abdullayev icraiyyə komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq, baş məşqçi vəzifəsindən ayrılıb. Bu vəzifəyə yığma komandanın sabiq üzvü Hetaq Qazyumov təyin edilib.
AGF rəhbərliyi 2020-ci ilin sentyabr ayından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirir və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayır.
Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib. Bu gün vitse-prezident Namiq Əliyev tərəfindən öncələr sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.
AGF rəhbərliyi 2021-ci ilin oktyabr ayından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib. Qeyd edək ki, AGF-nin mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.
Allsport.az saytı xəbər verir ki, olimpiya çempionumuz baş məşqçi olduğu dönəmdə komanda uğurlu çıxış edib. Tokio-2020 olimpiadasında qazanılan 3 gümüş (2-si karate) medalın 1-i “sərbəstlər”in payına düşür.
Ötən il onun rəhbərliyi ilə millimiz rekord nəticə göstərib. U-23 və böyüklərin Avropa çempionatlarında komanda hesabında 1-ci olmuşuq. Konya-2021 İslam oyunlarında 8 medal ilə “sərbəstlər” zirvədə Türkiyədən sonra qərarlaşdı.
Bu uğurlara görə Azərbaycan prezidenti İlham Əliyev 2 dəfə komandanı qəbul etdi, sərbəst güləşçilərin çıxışını yüksək dəyərləndirdi və güləş federasiyasına 2 dəfə 1 milyon manat pul mükafatı üçün sərəncam imzaladı.
Gənc mütəxəssis bu mövsümə də müvəffəqiyyətlə başlamışdı. Fevralın əvvəlində Xorvatiyada açıq Zaqreb turnirində millimiz 1 qızıl, 2 gümüş və 5 bürünc mükafata yiyələnmişdi. İlk ilk reytinq yarışına 10 sərbəst güləşçi ilə yollanan Namiq Abdullayevin komandasının nəticələrin hamısı olimpiya çəkisinə (6!) daxil idi. Sərbəst güləş seçməsindən fərqli, qadınlar və yunan-Roma güləşçiləri qənaətbəxt çıxış etməmişdilər.