Maliyyə sıxıntısı yaşayan “Göteborq” çıxış yolunu qrup mərhələsində görür

İsveç çempionatının 19-cu turunda “Hammarbü”yə 0:2 uduzan “Göteborq” indi bütün diqqətini Avroliqanın pley-off mərhələsində “Qarabağ”la oyuna yönəldib.

Allsport.az saytına yerli mənbədən daxil olan xəbərə görə, maliyyə çatışmamazlığının dərinləşdiyi, iqtisadi sıxıntılardan qurtulmanın yeganə yolu qrupa düşməkdir. “Qarabağ” səddini keçə bilməyəcəkləri təqdirdə, “mələklər” 2000-2006-cı illərdəki böhranlı duruma düşə bilər.

Daxildən alınan məlumatda, “Göteborq” təmsilçisi bizimlə görüşdə sıx müdafiə oyunu quracaq. Məşqçilər bir qol vurmaqla, ağdamlıları daha çətin vəziyyətə salacaqlarına da ümid edirlər.

Həmin kateqoriyadan

azenrutr