- Baxış sayı: 77
- 09 Avqust 2026 20:16
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri Avropa liqasının pley-off mərhələsinin “Portu” ilə ilk oyunundan (1:1) sonra hakim Tobias Ştileri və hakimlər ittifaqının nümayəndəsi Roberto Rosettini tənqid edən açıqlamalarına görə UEFA tərəfindən 20 min avro cərimələnib.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis hakimliyin obyektivliyinə şübhə etdiyini bildirərək, komandasına qarşı qərəzli mövqe nümayiş olunduğunu bildirib. O, həmçinin “Roma”nın yarımmüdafiəçisi Brayan Kristantenin meydandan qovulması qərarı ilə də razılaşmayıb.