- Baxış sayı: 77
- 18 Dekabr 2025 23:53

- Baxış sayı: 157
- Dekabr 19, 2025
- 0


Maltanın paytaxtı Valettada yeniyetmə taekvondoçuların Avropa birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Zəhra İsayeva (29 kq) mübarizəyə 1/4 finaldan başlayıb. İlk döyüşündə Elli Antoniounu (Kipr), sonra Arijana İvanovici (Serbiya) məyus edib. İdmançımız finalda Efe Nazlıya (Türkiyə) da qalib gələrək, Fəridə Əzizovadan sonra (2009-cu il Xorvatiya, Zaqreb şəhəri) qalib adını qazanan növbəti yeniyetmə qız taekvonduçumuz olub.
37 kq-da çıxış edən Xuraman Cavadzadə isə 3-cü yer tutub.