“Mançester Siti”də şok itki

“Mançester Siti”nin müdafiə xətti ciddi itki ilə üzləşib.

Allsport.az xəbər verir ki, klubun mərkəz müdafiəçisi Yoşko Qvardiolun sağ ayağının qamış sümüyündə sınıq aşkar edilib.

Xorvatiyalı futbolçu bu ağır zədəni premyer liqanın XX turunda “Çelsi” ilə keçirilən (1:1) matçın ikinci hissəsində alıb. 23 yaşlı müdafiəçi bu həftə əməliyyat olunacaq.

Həkimlər bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlamasalar da, mətbuatda Qvardiolun 3 aydan 6 aya qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Həmin kateqoriyadan