- Baxış sayı: 25
- 21 Yanvar 2026 10:54
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Norveçin “Budo/Qlimt” klubu çempionlar liqasının tarixinə düşüb.
Allsport.az xəbər verir ki, şimal təmsilçisi Avropanın bir nömrəli klub turnirində “Mançester Siti”nin qapısına 3 və daha çox qol vuran altıncı komanda olub.
Əsas mərhələnin 7-ci turu çərçivəsində “Aspmyura” stadionunda keçirilən görüşdə meydan sahibləri 3:1 hesablı gözlənilməz qələbə qazanıblar.
Statistikaya görə, indiyədək yalnız beş klub – “Real Madrid” (fevral, 2025), “Sportinq” (noyabr, 2024), “Liverpul” (aprel, 2018), “Barselona” (oktyabr, 2016) və “Bavariya” (oktyabr, 2013) “şəhərlilər”in qapısından bir matçda ən azı üç top keçirməyə müvəffəq olmuşdu.