- Baxış sayı: 25
- 01 Yanvar 2026 13:55
- Baxış sayı: 112
- Dekabr 31, 2025
- 0

“Mançester Yunayted” qışda “Leypsiq”in futbolçusu Yann Diomandeni heyətinə qatmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” qarşı tərəflə artıq ilkin danışıqları aparıb.
19 yaşlı cinah oyunçusu ilə “Bavariya” və PSJ də maraqlanır.
Bundesliqa təmsilçisi Diomandeni 100 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Yann Diomande cari mövsüm ərzində meydanda olduğu 16 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.