“Mançester Yunayted”də ciddi itki

“Mançester Yunayted”in müdafiəçisi Patrik Dorqu premyer liqanın 23-cü turunda “Arsenal”la oyunda (3:2) aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Allsport.az xəbər verir ki, 21 yaşlı danimarkalı futbolçu oyunun sonlarında budunun arxa əzələsini zədələyib.

Müayinələr zədənin ilkin ehtimal olunan “qıcolma”dan daha ciddi olduğunu üzə çıxarıb. Dorqunun bərpa prosesinin təxminən 10 həftə çəkəcəyi gözlənilir. Bu isə o deməkdir ki, o, aprelə qədər komandasına kömək edə bilməyəcək.

Həmin kateqoriyadan