- Baxış sayı: 23
- 25 Dekabr 2025 12:45
- Baxış sayı: 195
- Dekabr 25, 2025
- 0


“Mançester Yunayted”in aparıcı yarımmüdafiəçiləri Brunu Fernandeş və Kobbi Maynu zədə səbəbindən “Nyukasl”a qarşı oynamayacaqlar.
Allsport.az xəbər verir ki, baş məşqçi Ruben Amorim hər iki futbolçunun dekabrın 26-da keçiriləcək matçı buraxacağını təsdiqləyib. Maynunun Fernandeşdən daha tez sıralara dönəcəyi gözlənilir, lakin hər iki oyunçunun dəqiq qayıdış tarixi məlum deyil.
Xüsusilə kapitan Brunu Fernandeşin yanvara qədər yaşıl meydanlardan kənarda qala biləcəyi ehtimal edilir.