- Baxış sayı: 34
- 13 Mart 2026 23:43
- Baxış sayı: 137
- Mart 13, 2026
- 0

“Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde “Mançester Siti” üzərindəki qələbəni (3:0) və etdiyi het-triki şərh edərkən bunun karyerasının ən yaxşı oyunu olduğunu bildirib.
Allsport.az xəbər verir ki, uruqvaylı futbolçu məşqçinin tapşırığı ilə hücumda daha çox sərbəstlik qazandığını və rəqibin yüksək pressinqinə qarşı uzaq ötürmələrlə xüsusi hazırlaşdıqlarını qeyd edib.
Qələbəyə baxmayaraq, Valverde cavab görüşünə ciddi yanaşdıqlarını vurğulayıb: “Mançesterdəki oyunlar həmişə çətin keçir. Oraya hesab 0:0-mış kimi yollanacağıq”.