Maradonanın köynəyi üçün rekord məbləğ

Dieqo Maradonanın “Barselona”da geyindiyi cırıq köynək hərracda 152 min avroya satılaraq rekord qırıb.

Allsport.az xəbər verir ki, bu geyim 1984-cü il kral kubokunun finalındakı məşhur dava zamanı cırılıb. Köynəyi 40 il əvvəl klubun təmizlikçi xanımı taparaq xatirə kimi saxlayıb, illər sonra isə varisləri tərəfindən satışa çıxarılıb. Bu, futbolçunun klub səviyyəsində satılan ən bahalı formasıdır.

Həmin kateqoriyadan