- Baxış sayı: 99
- 13 Mart 2026 23:43
- Baxış sayı: 239
- Mart 13, 2026
- 0

“Çelsi”nin baş məşqçisi Entso Mareska istefa verməyə hazırlaşır.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəssisin “Mançester Siti” ilə növbəti matçda komandanın başında olmayacağı gözlənilir. İdarəetmə müstəqilliyinin məhdudlaşdırılmasından narazı olan Mareskanın rəhbərliyi altında komanda son 9 oyunda cəmi 2 qələbə qazanıb. Azarkeşlərin etirazı və turnir cədvəlində liderdən 15 xal geri qalma vəziyyəti onun 2029-cu ilə qədər olan müqaviləsinə vaxtından əvvəl xitam verilməsini sürətləndirib.