- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

“Çelsi”nin keçmiş baş məşqçisi Enso Mareska 2024-cü ilin yayından bəri rəhbərlik etdiyi London klubu ilə vidalaşıb. Allsport.az xəbər verir ki, yanvarın 1-də “mavilər” italiyalı mütəxəssislə əməkdaşlığa xitam verildiyini elan edibz
“”Çelsi” ilə yolum konfrans kiqasının təsnifat mərhələlərindən başladı. Mən, “Çelsi” kimi nüfuzlu bir klubu layiq olduğu yerdə qoyaraq, daxili rahatlıq hissi ilə gedirəm. Bütün “Çelsi” azarkeşlərinə son 18 ay ərzində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Bu dəstək çempionlar liqasına vəsiqə qazanmaqda, konfrans liqasında qalib gəlməkdə və klublararası dünya çempionatının qalibi olmaqda həlledici rol oynadı. Həmişə qəlbimdə saxlayacağım qələbələr!
Bu möhtəşəm səyahətdə məni müşayiət edən bütün oyunçulara xüsusi təşəkkürlər. Hər anı mənimlə paylaşan hər kəsə mövsümün ikinci yarısında və gələcəkdə hər cür uğurlar arzulayıram. Mənim və ailəmin adından təşəkkürlər, “Çelsi””, — deyə Mareska öz sosial şəbəkə hesabında yazıb.