- Baxış sayı: 29
- 13 Mart 2026 23:43
- Baxış sayı: 128
- Mart 13, 2026
- 0

“Real Madrid“in və Braziliya millisinin sabiq ulduzu Marselonun oğlu Enso Alves İspaniya klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Allsport.az xəbər verir ki, 16 yaşlı Alves 2017-ci ildən “kral klubu”nun akademiyasındadır. Atasından fərqli olaraq, hücumçu mövqeyində çıxış edən gənc futbolçu beynəlxalq səviyyədə İspaniyanın U-17 yığmasının şərəfini qoruyur.
O, hələlik “Real”ın əsas komandasında debüt etməyib.