- Baxış sayı: 44
- 04 Aprel 2025 23:47
- Baxış sayı: 42
- Aprel 04, 2025
- 0
Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah” klubunun akademiyasının qonağı olub. Allsport.az saytı xəbər verir ki, ulduz futbolçu U-10 və U-12 komandalarının Bakı olimpiya stadionunda məşqində görünərək, azyaşlılara sürpriz edib.
Görüşdə qonaq akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün məsləhətlərini verib. Sonra azyaşlı futbolçularımız arasında əyləncəli yarış keçirilib.
Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Maykl Essyenin imzalı köynəyi hədiyyə olunub.