Mbappe əfsanəni keçdi

“Real Madrid”in hücumçusu Kilyan Mbappe ilk mövsümünün qol sayında Alfredo di Stefanonun rekordunu vurub.

Allsport.az xəbər verir ki, fransalı futbolçu buna la liqanın XXXVI turunun “Malyorka” ilə matçında fərqlənməklə nail olub.

26 yaşlı hücumçu aktivindəki qol sayını 28-ə çatdırıb.

Di Stefano 1953/1954 mövsümündə “kral klubu”nda 27 qolla debüt etmişdi.

Həmin kateqoriyadan