- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 61
- Mart 02, 2026
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe İspaniya superkubokunun “Barselona”ya qarşı keçiriləcək final matçında meydana çıxa bilər.
Allsport.az xəbər verir ki, bu barədə “kral klubu”nun baş məşqçisi Xabi Alonso yarımfinalda “Atletiko” üzərində qazanılan qələbədən (2:1) sonra məlumat verib.
Baş məşqçi dizindəki zədə səbəbindən “Real Betis”lə oyunu (5:1) da buraxan fransalı ulduzun vəziyyətinin yaxşıya doğru getdiyini və onun yaxın 24 saat ərzində Səudiyyə Ərəbistanına gələcəyini bildirib.
“Real Madrid” və “Barselona” arasındakı final qarşılaşması yanvarın 11-də, Ciddə şəhərində baş tutacaq.