Mbappe “Real”a yarım milyard avro qazandıracaq

İspaniyanın “AS” nəşri “Real Madrid”in PSJ-dən Kilian Mbappenin transferindən nə qədər qazana biləcəyini hesablayan idman marketinqi mütəxəssislərindən müsahibə alıb.

Allsport.az xəbər verir ki, “qaymaqçılar”ın investisiyalarından çox yüksək gəlir əldə edəcəyi gözlənilir. Bəzi ekspertlərin fikrincə, “Real” 500 milyon avro qazanc əldə edə bilər.

Belə nəticələr Mbappenin əməkdaşlıq etdiyi brendlərlə (“Nike”, “Oakley”, “Hublot”) mümkün müqavilələr nəzərə alındıqdan sonra qəbul edilib. Həmçinin sosial şəbəkələrdə abunəçilərin artması, köynəklərin ölkədən kənarda satışının artması, televiziya yayımı hüquqlarının bahalaşması da nəzərə alınır – fransalının gəlişindən sonra la liqanın mövqeyi xeyli artacaq. gücləndirilmişdir.

Həmin kateqoriyadan