- Baxış sayı: 12
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe klublararası dünya çempionatının qrup mərhələsinin son turunun “Zalsburq”la oyunu üçün komandanın siyahısına daxil edilməyib.
Allsport.az xəbər verir ki, fransalı futbolçu bütün qrup mərhələsini buraxacaq. O, əvvəllər “Əl-Hilal” (1:1) və “Paçuka” (3:1) ilə oyunlarda iştirak etməyib.
“Zalsburq”la oyun iyunun 27-nə keçən gecə baş tutacaq.
Daha əvvəl Mbappenin ümumi qrupla məşqlərə qayıtdığı bildirilirdi. İyunun 25-də fransız mədə xəstəliyindən sonra ilk dəfə ümumi komanda ilə məşq edib. Mbappe iyunun 19-da kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.