Messi karyerasını bitirdikdən sonra nə edəcək?

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasını bitirdikdən sonrakı planları barədə danışarkən məşqçilik etmək niyyətində olmadığını bildirib.

Allsport.az xəbər verir ki, “Luzu TV”yə verdiyi müsahibədə 38 yaşlı hücumçu özünü daha çox idarəçilikdə gördüyünü deyib: “Düzünü desəm, özümü məşqçi kimi görmürəm. İdarəçi olmaq ideyası xoşuma gəlir, amma seçim etməli olsam, klub sahibi olmağa üstünlük verərdim”.

Messi öz klubunu sıfırdan qurmaq, gənc istedadları yetişdirmək və onlara inkişaf imkanı yaratmaq arzusundadır. Hazırda “İnter Mayami”də çıxış edən ulduz futbolçunun bu istiqamətdə artıq ilk addımı atdığı — ötən il Luis Suaresin Uruqvaydakı “Deportivo LSM” klubuna şərik olduğu bildirilir.

Həmin kateqoriyadan