- Baxış sayı: 32
- 27 Fevral 2026 23:50
- Baxış sayı: 56
- Fevral 26, 2026
- 0

“İnter Mayami” klubu Puerto-Rikoda keçirilən yoldaşlıq görüşündə Ekvadorun “İndependiente del Valle” komandasına 2:1 hesabı ilə qalib gəlib.
Allsport.az xəbər verir ki, Xuan Ramon Lubriel stadionunda baş tutan oyun gərgin mübarizə və maraqlı məqamlarla yadda qalıb.
Matçda hesab 16-cı dəqiqədə açılıb. Luis Suaresin ötürməsindən sonra Santyaqo Morales “İnter Mayami”ni önə keçirib. Cəmi bir dəqiqə sonra, 17-ci dəqiqədə Patrik Merkado bərabərlik qolunu vuraraq hesabı 1:1 edib.
Qarşılaşmanın taleyi 70-ci dəqiqədə həll olunub. İkinci hissədə meydana daxil olan dünya ulduzu Lionel Messi penalti zərbəsini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.