Özünü qəribə adam adlandırdı

Argentinalı ulduz Lionel Messi “Luzu TV”yə müsahibəsində Mayamidəki həyatı və şəxsi xüsusiyyətləri barədə maraqlı detallar paylaşıb. Allsport.az xəbər verir ki, futbolçu ailəsi ilə birlikdə şəhərin daha sakit bir bölgəsində yaşadığını və buradakı mühitin ona Barselona ilə müqayisədə daha çox sərbəstlik tanıdığını bildirib.

O qeyd edib ki, amerikalıların futbola Avropadakı qədər çılğın yanaşmaması ona küçədə rahat hərəkət etmək imkanı verir. Gündəlik həyatının tamamilə uşaqlarının məktəb və məşq cədvəlinə uyğun qurulduğunu deyən Messi, ailəvi olaraq çox rutin bir həyat yaşadıqlarını vurğulayıb.

Müsahibənin ən maraqlı məqamlarından biri Messinin öz şəxsiyyəti haqqında etirafları olub. O, “mən çox qəribə adamam” deyərək, tənhalığı sevdiyini və evdəki səs-küydən yorulanda tək qalmağa ehtiyac duyduğunu bildirib. Həmçinin çox nizamlı biri olduğunu, planlaşdırılan gündəlik işlərində hər hansı kiçik dəyişiklik baş verdikdə əhvalının korlandığını da gizlətməyib.

Həmin kateqoriyadan