- Baxış sayı: 18
- 30 Mart 2026 17:23
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“İnter Mayami” klubu dünya futbolunda nadir addım ataraq, yeni inşa edilən “Nu Stadium”un şərq tribunasını kapitanı Lionel Messinin şərəfinə adlandırıb.
Allsport.az xəbər verir ki, “Leo Messi” tribunu aprelin 4-də “Ostin”ə qarşı keçiriləcək açılış oyununda istifadəyə veriləcək. Klubun bəyanatında bildirilir ki, adətən bu növ təltiflər oyunçu karyerasını bitirdikdən sonra edilsə də, Messinin hazırkı təsiri bu ənənəni pozmağa əsas verib.
2023-cü ildən Mayami klubunda çıxış edən 38 yaşlı ulduz keçirdiyi 94 matçda 82 qol və 53 məhsuldar ötürmə ilə klub tarixinin ən yaxşı göstəricisinə imza atıb. Onun komanda ilə müqaviləsi 2028-ci ilə qədərdir.